Marina Ezuqbaiya - koronavirusa yoluxan dörd problemli pasientdən ikisinin durumu xüsusilə ağırdır
Tbilisi İnfeksiya Xəstəxanasının tibbi direktoru, Marina Ezuqbaiyanın bəyan etdiyinə görə, koronavirusa yoluxan dörd pasientin durumu yenə problemlidir.
Elə onun dediyinə görə, onlardan ikisinin durumu xüsusilə ağır olaraq dəyərləndirilir.
“Mərkəzimizdə dörd ağır, problemli pasient var, onlar arasında ikisi xüsusilə ağırdır, demək olar kritikdir. Onlarım durumu hələlik sabit deyil. Buna görə, proqnoz barəsində bir şey deyə bilmərəm”, – Ezuqbaiya bəyan etdi.
Ezuqbaiya deyir ki, koronavirus üzrə test daha 12 pasientə edildi və nəticələr sabah səhər bəlli olacaq.