Marina Ezuqbaiya - İnfeksiya Xəstəxanasında üç yeni pasiyentimiz var və hər üçünün mənbəsi məlumdur
Tbilisi İnfeksiya Xəstəxanasının tibbi direktoru, Marina Ezuqbaiyanın bəyan etdiyinə görə, bu gün klinikada koronavirusa yoluxmuş üç yeni pasiyentləri var.
Marina Ezuqbaiyanın bəyan etdiyinə görə, yeni pasiyentlər bir ailənin üzvüdürlər və onların sağlamlıq vəziyyəti orta ağırlıqdadır.
“Bildiyiniz kimi, dünən 653 təsdiq olunmuş hal var idi. 19 yeni təsdiq olunmuş hal artdı. Sağalmış 383 pasiyent idi və hazırdı 293 pasiyentdir. Kovid-mərkəzlərdə 266 pasiyent müalicə olunur. Yeni təsdiq olunan 19 pasiyentin hamısının mənbəsi məlumdur, lakin buradan 17 Bilnisidəndir və Qeta və Muşevani kəndindəndir. İki haldan biri tibb içşisidir və biri karantin məkanından, yəni pasiyentlərin hamısının mənbəsi məlumdur”, – Marina Ezuqbaiya bəyan etdi.
Elə onun dediyinə görə, İnfeksiya Xəstəxanasın bir kritik pasiyent var, lakin onun vəziyyəti sabitdir.
“Bu gün bir neçə pasiyentin sağalmasını gözləyirik”, – Ezuqbaiya qeyd etdi.