Marina Ezuqbaiya - bu gün təsdiq olunan səkkiz yeni haldan biri Bolnisidəndir, yeddisi isə, karantin məkanından
Tbilisi İnfeksiya Xəstəxanasının tibbi direktoru, Marina Ezuqbaiyanın bəyan etdiyinə görə, bu mərhələdə kovid-mərkəzlərdə 224 pasiyent müalicə olunur.
Elə onun məlumatına görə, son 24 saat ərzində Gürcüstanda koronavirusa yoluxan yeni səkkiz pasiyent var.
“Dünənki göstəricilərlə, 713 təsdiq olunmuş hal var idi və yalnız səkkiz yeni təsdiq olunmuş hal artdı. İndi 721-dir. Sağalananların sayı on ilə artdı, 475 idi və 485 oldu. Bu mərhələdə kovid-mərkəzlərdə 224 pasiyent müalicə olunur. Sağalananların sayı sationarlarda müalicə olunanlardan 248 ilə artıqdır. Bu gün təsdiq olunan səkkiz yeni haldan biri Bolnisidəndir, yeddisi isə, karantin məkanından”, – Marina Ezuqbaiya bəyan etdi
Marina Ezuqbaiyanın məlumatına görə, Tbilisi İnfeksiya Xəstəxanasında bu mərhələdə koronavirusa yoluxan 36 pasiyent müalicə olunur.