Marina Ezuqbaia - koronavirus infeksiyasına ilk yoluxma halının təsdiqləndiyi pasiyent ilə bağlı bu gün aparılan təhlillər onun sağaldığını göstərdi
Marina Ezuqbaia - koronavirus infeksiyasına ilk yoluxma halının təsdiqləndiyi pasiyent ilə bağlı bu gün aparılan təhlillər onun sağaldığını göstərdi

Tbilisinin Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru, Marina Ezuqbaianın sözlərinə əsasən, koronavirus infeksiyasına ilk yoluxma halının qeydə alındığı pasiyent ilə bağlı bu gün aparılan təhlillər onun sağaldığını göstərib.

„ Dünən onun üzərində testi təkrarladıq və mənfi cavab aldıq. Bu olduqca yaxşı faktdır, lakin qaydaya uyğun olaraq, 24 saatlıq intervalla təhlillərin təkrar aparılması zəruridir. Əgər növbəti dəfə də cavab mənfi olar isə, o zaman pasiyentin tam sağaldığını deyə bilərik və bu sağalan ilk pasiyent olacaq“, – deyə Marina Ezuqbaia bildirib.

Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da qeydə alınıb.

Virus İrandan Azərbaycan vasitəsi ilə ölkəyə daxil olan, Gürcüstan vətəndaşında, 50 yaşlı kişidə təsdiqlənib.

 

Müəllif – Sevinc Mustafayeva