Marina Ezuqbaia - Gündə infeksiaya yoluxan 18-20 pasiyentlə qalsaq, bu faciyə olmaz
Marina Ezuqbaia - Gündə infeksiaya yoluxan 18-20 pasiyentlə qalsaq, bu faciyə olmaz

Söhbət artıq dördüncü şəxslərdən daxili yoluxmadan gedir və gündə infeksiaya yoluxan 18-20 nəfərlə qalsaq bu faciyə olmaz, – bu barədə bəyanatı Tbilisi İnfeksiya Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaia verdi.

Ezuqbaianın dediyinə görə, səhərki göstəricilərlə, ölkədə koronavirusun 148 halı qeydə alınıb.

“Hazırda klinikamızda 40 pasiyent müalicə görür. Yeni gətirilən pasiyentlərin pnevmoniyaları var. İki pasiyentin vəziyyəti ağırdır. Biz sadəcə bizim klinikada müalicə görən pasiyentlərin ünsiyyətdə olduğu şəxsləri qeydə almışıq, ölkənin digər klinikalarında qalan pasiyentlərin yoluxma mənbələri haqqında məlumatımız yoxdur, – dedi Marina Ezuqbaia.

Onun dediiynə görə, 115-dən 148-ə qədər artan yoluxma halları o qədər də qorxulu deyil.

“Belə artımla davam etsək, problem olmaz və vəziyyət hələ də kontrol altındadır. Söhbət dördüncü şəxslərdən daxili yoluxmadan gedirsə, bu göstəricilər faciyə deyil. Ümid edirəm ki, belə davam edə biləcəyik” – dedi Marina Ezuqbaia.