Emmanuel Makronun istefası məntiqli qərar olardı – bu barədə Fransanın müxalifət partiyası “Milli Birliy”in lideri Marin Le Pen deyib.
Fransalı müxalifətçi siyasətçi Milli Assambleyanın buraxılmasını “tamamilə qaçılmaz” hesab edir.
Fransanın Baş naziri Sebastian Lekornu yeni hökumətin seçilməsindən bir neçə saat sonra istefa verib. Sebastian Lekornu sentyabrın 9-da Fransanın baş naziri vəzifəsinə təyin edilmişdi.