Marin Le Pen Emmanuel Makrondan əfv istəməyəcəyini bildirir

16:16, 01.04.2025

 

Marin Le Pen Emmanuel Makrondan əfv istəməyəcəyini bildirir – bu haqda məlumatı Fransa mediası yayır. Fransanın ifrat sağçı “Milli Birlik” partiyasının lideri məhkəmənin qərarını sistem tərəfindən ona atılan “nüvə silahı” ilə müqayisə edib.

“Əgər onlar bizə qarşı belə güclü silahdan istifadə edirlərsə, bu, seçkilərdə qalib gəlmək həddində olduğumuz üçündür” – Le Pen qeyd edib.

Marin Le Pen məhkəmənin hökmünün onun siyasi həyatdan getməsi mənasına gəlmədiyini qeyd edib. O bildirib ki, Fransanın ifrat sağçı “Milli Birlik” partiyası Fransa xalqının prezident seçkilərinin oğurlanmasına imkan verməyəcək.

Məlumat üçün bildirək ki, məhkəmə Marin Le Penə 4 il azadlıqdan məhrumetmə cəzası kəsib, cəzanın iki ili ev dustaqlığı, iki ili isə şərti cəzadır və ona 5 il müddətinə ictimai vəzifə tutması qadağan edilib.

Oxşar