Marin Le Pen – ABŞ tərəfindən Ukraynaya hərbi yardımın dayandırılması qınamağa layiqdir, bu, Ukrayna əsgərləri üçün çox qəddar addımdır
Marin Le Pen ABŞ tərəfindən Ukraynaya hərbi yardımın dayandırılmasını pisləyib.
Fransa mediasının məlumatına əsasən, Marin Le Pen Amerika Birləşmiş Ştatları və Donald Tramp administrasiyasına qarşı tonunu dəyişir.
“Məncə, bu qərarın qəddarlığı qınamağa layiqdir. Bu, öz ölkələrinin vətənpərvər müdafiəsi ilə məşğul olan ukraynalı əsgərlərə qarşı çox qəddar addımdır” – fransız siyasətçi bildirib.
Martın 4-də Amerika mediasına Trampın Ukrayna hakimiyyətinin sülh üçün xoş niyyət nümayiş etdirdiyini görənə qədər Ukraynaya bütün hərbi yardımı dayandırmaq əmri məlum olub.