Marixuana haqqında hazırlanmış yeni qanunvericilik təşəbbüsü nələri nəzərdə tutur
Gürcüstan Daxili İşlər Nazirliyi marixuana haqqında hazırlanmış yeni qanunvericilik təşəbbüsünün nələri nəzərdə tutuması barəsində məlumat yayır.
DİN-in məlumatına görə, nazirlik tərəfindən qanunlayihə, marixuananın istifadəsinin sərt məhdudiyyətini nəzərdə tutur.
Gürcüstan Daxili İşlər Nazirliyində bəyan edirlər ki, hökumət tibbi və kosmetik məqsədi ilə, maruxuananın becərilməsi-istehsalı məsələsi barəsində qanunvericilik dəyişikliyi zərfini hazırlandı. Qeyd olunan qanunlayihə hökumətə bu gün təqdim olundu.
Yeni qanunlayihəyə uyğun olaraq, marixuananın istifadəsi sərt hüquqi çərçivələrə alınır, daha dəqiq:
•Marixuananın ictimai yerlərdə, ictimai nəqliyyatda, həddi büluğa çatmayanın yanında, təhsil müəssisələri yaxınlığında istifadəsi qadağan olunur;
•Marixuananın istifadəsi 21 yaşınadək olan şəxslərə qadağan olunur;
•Marixuananın xidmət vəzifəsinin yerinə yetirilməsi zamanı istifadəsi qadağan olunur;
•Marixuananın istifadəsi üçün qanunlayihə müəyyən peşəkar insanların, peşəkar fəaliyyəti hüququnun dayandırılmasını nəzərdə tutur;
•Marixuananın populyarlaşdırılması və reklamı sanksiyası artır;
•Marixuananın istifadəsi zamanı sükan arxansnda nəqliyyat vasitəsini idarə etmək cinayət məcəlləsi ilə cəzalandırılır.
Bununla yanaşı, qanunlayihə ilə marixuananın alveri yenə də cinayət olaraq qalır və cazalandırılır.