“İnsan ilk növbədə öz ölkəsinin tarixini bilməlidir ki, daha sonra başqa ölkənin tarixini başa düşsün”, – Marika Lortkpanidze ən son müsahibələrinin birində deyirdi. Tanınmış tarixçi, professor və akademik Tbilisi Dövlət Universitetində 70 il ərzində işlədi və bu müddət ərzində bir çox nəsillər yetişdirdi. Mühazirələrlə paralel olaraq, Marika Lortqipanidze elmi-tədqiqat işləri ilə də məşğul olub. Yüzə yaxın elmi əsərin və 10 kitabın müəllifidir. Onun adı ölkənin ən yeni tarixində bir sıra mühüm hadisələrlə əlaqələndirilir. Marika Lortkipanidzenin adı ABŞ-ın “Kim kimdir” adlanan bioqrafiya lüğətinə daxil edilib. Amerikanin Bioqrafiya İnstitutu 20 il əvvəl onu seçilmiş adam titulu ilə təltif etdi. Elə həmin institut, Kembric Beynəlxalq Bioqrafiya Mərkəzi ilə birlikdə məhşur tarixçini 20-ci əsrin görkəmli qadını elan etdi.
Hazırladı: Rabil İsmayılov