"Mariamoba" Sioni kafedral məbədində [şəkil]
"Mariamoba" Sioni kafedral məbədində [şəkil]

 

Gürcüstanın ortodoks kilsəsi avqustun 28-də “Mariamoba”nı qeyd edir. Bayram ibadətləri fəaliyyət göstərən bütün kilsə-monastırlarda edilir.

Sioni kafedral məbədində də bayram ayinləri yerinə yetirilib. Ayinləri Patriarxal Taxtın varisi, Senaki və Çxorocğunun mitropoliti Şio (Muciri) yerinə yetirib.

Xristian aləmində Müqəddəs Üçlükdən sonra ən çox ucaldılan şəxs tanrının anası Məryəmdir. On iki ən böyük bayramdan üçü – Məryəmin miladı, yuxuya getməsi (göyə ucalması) və Müqəddəs Məryəmin məbədə təqdim edilməsi birbaşa olaraq tanrının anasına həsr olunub.
Kilsə təliminə əsasən, İsa Məsihin çarmıxa çəkilməsi və dirilməsindən sonra tanrının anası ruhunun səltənətə qəbul olunması üçün tez-tez tanrıya yalvarırdı. Bir dəfə, Məsihin məqbərəsində dua edərkən, baş mələk Cəbrayıl Məryəmə əlində zeytun budağı ilə birlikdə göründü və müjdələdi ki, üç gün sonra yuxuya gedəcək. Rəvayətə görə, tanrının anasının istəyi ilə, tanrı moizə etmək üçün gedən müqəddəs həvariləri onunla vidalaşmaq üçün uyuyacağı gün bir araya topladı. Üçüncü saatda (təxminən səhər saat 09:00-da), tanrının anası bu dünyadan köçərkən, onun uzandığı otaq möcüzəvi işıqla nurlandı. Tanrının anasının cəsədi Sioni dağından Qetsimaniyaya aparıldı. Kilsə təliminə əsasən, İsa Məsih anasının müqəddəs və pak ruhunu göyə yüksəltdi. Əqdəs tanrının anası həyatının son illərini Sioni dağında keçirdiyi üçün, tanrının anasının uyumasının adını daşıyan məbədlər Sioni adlandırılır.