Mariam Şenqelianın "Eurovision 2025"in yarımfinalında təsirli çıxışı [Video]

 

Avroviziya Mahnı Müsabiqəsində Gürcüstanın nümayəndəsi Mariam Şenqelia ikinci yarımfinal şousunda tamaşaçılar qarşısında çıxış etdi.

Gürcüstanın nümayəndəsi 10-cu nömrə altında çıxış etdi və “Freedom” adlı müsabiqə mahnısını ifa etdi.

Bugünkü şouda hansı ölkələrin nümayəndələrinin finala keçəcəyi məlum olacaq.

Müsabiqənin qaydalarına əsasən, yarımfinaldan finala keçidə yalnız tamaşaçı qərar verir və səsvermədə münsiflər heyəti iştirak etmir.

“Eurovision 2025″in final müsabiqəsində 26 ölkə çıxış edəcək. Bunlardan ilk on ölkə – birinci yarımfinaldan, ikinci on ölkə isə bugünkü konsertdən finala keçdi, “Böyük Beşlik” ölkələri və ev sahibi İsveçrə avtomatik olaraq finala keçdilər.

Gürcüstanın Birinci Kanalı mayın 17-də “Eurovision 2025″in finalının translyasiyasını sizə təqdim edəcək.