Mariam Laşxi və Şota Berekaşvili portuqaliyalı investorlardan ibarət nümayəndə heyəti ilə görüşüblər
Mariam Laşxi və Şota Berekaşvili portuqaliyalı investorlardan ibarət nümayəndə heyəti ilə görüşüblər

 

Təhsil, Elm və Gənclik İşləri Komitəsinin sədri Mariam Laşxi və İqtisadi Siyasət Komitəsinin sədri Şota Berekaşvili portuqaliyalı investorlardan ibarət nümayəndə heyətinin üzvləri ilə görüşüblər.

Nümayəndə heyətinin üzvləri beynəlxalq platforma “World Talents”i təmsil edirlər.

Tərəfdə görüşdə investisiya imkanlarını, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və təhsil sahəsində tərəfdaşlıq perspektivlərini müzakirə ediblər.

“World Talents”in məqsədi innovativ layihələrin inkişaf etdirilməsi və müxtəlif ölkələrdə iqtisadi əməkdaşlığın gücləndirilməsidir. Onların səfəri bir daha təsdiqləyir ki, dövlət müvafiq investisiya mühiti yaradıb, bunun nəticəsində də Gürcüstan avropalı investorlar üçün maraq mərkəzinə çevrilib. Gürcüstanda onların maraq dairəsi təhsil və ölkəmizin gələcəyinə investisiya qoymaqdır” – Mariam Laşxi bildirib.

Məlumatı Gürcüstan Parlamentinin mətbuat xidməti yayır.