Mariam Kvrivişvilinin : Dekabr ayından Borjomi–Bakuriani tarixi dəmir yolu, hamımızın sevimlisi olan “Kukuşka” yenidən öz marşrutu üzrə fəaliyyətə başlayacaq.
İqtisadiyyat və davamlı inkişaf naziri, baş nazirin müavini Mariam Kvrivişvili Dəmiryolçular Gününə həsr olunmuş təntənəli tədbirdə çıxışı zamanı bildirib ki, dekabr ayından etibarən Borjomi–Bakuriani tarixi dəmir yolu, hamımızın sevimlisi olan “Kukuşka” yenidən fəaliyyətə başlayacaq.
Mariam Kvrivişvilinin sözlərinə görə, dəmir yolu insanları, şəhərləri və regionları birləşdirir, ölkənin inkişafı üçün yeni imkanlar yaradır.
“Sevinclə bildirirəm ki, dekabr ayından Borjomi–Bakuriani tarixi dəmir yolu, hamımızın sevimlisi olan “Kukuşka” yenidən öz marşrutu üzrə hərəkət edəcək.
Bərpa işləri artıq başa çatmaq üzrədir. Məhz bu layihə üçün seçilmiş vaqonların dizaynı Bakurianinin təbii mühiti və tarixi xarakteri ilə xüsusi ahəng təşkil edir.
İstəyirdik ki, bu, sadəcə yenilənmiş qatar olmasın, həm də onilliklər ərzində bu unikal marşrutu müşayiət edən ab-havanı və ruhu qoruyub saxlasın”, – deyə nazir bildirib.