Mariam Kvrivişvili Yaponiyanın səfiri İşidzuka Hideki ilə görüşüb
Mariam Kvrivişvili Yaponiyanın səfiri İşidzuka Hideki ilə görüşüb

 

İqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Yaponiyanın Gürcüstandakı səfiri İşidzuka Hideki ilə görüşüb.

Görüşdə həmçinin nazir müavini Qenadi Arveladze iştirak edib.

Mariam Kvrivişvili Yaponiya tərəfinə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyə, həmçinin Yaponiyanın Gürcüstanın müstəqillik qazanmasından bu günə qədər göstərdiyi yardıma görə təşəkkür edib.

Görüşdə Gürcüstan və Yaponiya arasında ticarət-iqtisadi əlaqələrin prioritet istiqamətləri müzakirə olunub. Gürcüstan və Yaponiya arasında sərmayələrin qarşılıqlı müdafiəsi haqqında razılaşmanın qüvvəyə minməsindən sonra ikitərəfli iqtisadi əlaqələrdə yaranmış müsbət tendensiyalar qeyd olunub. Eyni zamanda, ticarət, energetika, nəqliyyat və logistika, informasiya texnologiyaları, turizm, mülki aviasiya, dəniz nəqliyyatı, investisiyalar və digər sahələr də daxil olmaqla iqtisadi əməkdaşlığın böyük potensialının olduğu vurğulanıb.

Həmçinin, ölkələr arasında Hökumətlərarası İqtisadi Komissiya şəklində iqtisadi məsələlərin müzakirəsi üçün səmərəli platformanın olmasının əhəmiyyəti vurğulanıb. Bu komissiya çərçivəsində də Gürcüstan və Yaponiya arasında bütün prioritet iqtisadi məsələlərin operativ şəkildə həlli mümkün olacaqdı.

Qeyd edildiyi kimi, Gürcüstan tərəfi Yaponiyanın müvafiq qurumuna komissiyanın yaradılmasını nəzərdə tutan iqtisadi əməkdaşlıq haqqında razılaşma layihəsini artıq təqdim edib.

Yaponiya ilə azad ticarətə dair razılaşmanın bağlanmasının əhəmiyyətinə xüsusi diqqət yetirilib. Yaponiyanın Gürcüstan üçün mühüm iqtisadi tərəfdaş olduğu və oxşar razılaşmanın mövcudluğunun iqtisadi əlaqələrin daha da dərinləşməsinə kömək edəcəyi qeyd edilib.

Görüşdə Gürcüstan ilə Yaponiya arasında birbaşa hava əlaqəsinin başlanmasının əhəmiyyəti haqda danışılıb, bu ölkələr arasında əməkdaşlığın inkişafına kömək edəcək, xüsusilə turizm sahəsində. Həmçinin mülki aviasiya sahəsində əməkdaşlığa dair razılaşmanın bağlanması məsələsinə diqqət yetirildi.

Məlumatı İqtisadiyyat Nazirliyinin mətbuat xidməti yayır.