Mariam Kvrivişvili vitse-premyer vəzifəsini də icra edəcək
İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Mariam Kvrivişviliyə Gürcüstanın vitse-premyer vəzifəsi həvalə olunacaq. Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin bugünkü iclasında bildirib.
Baş nazirin sözlərinə görə, bu qərar Mariam Kvrivişviliyə fəaliyyətini daha da uğurla davam etdirməyə və iqtisadiyyat sektorunu daha da gücləndirməyə imkan verəcək.
“Qəbul etdiyimiz qərar barədə məlumat vermək istəyirəm. Mariam Kvrivişviliyə Gürcüstanın vitse-premyer vəzifəsi həvalə olunacaq. Bu, ona gələcəkdə fəaliyyətini daha da uğurla davam etdirməyə və iqtisadiyyat sektorunu daha da gücləndirməyə kömək edəcək. Mariam xanımı təbrik edir, ona uğurlar arzulayıram”, – deyə Baş nazir bildirib.