Mariam Kvrivişvili və Mohamed Ali Alabar birgə şirkətin yaradılması haqqında müqavilə imzalayıblar
Mariam Kvrivişvili və Mohamed Ali Alabar birgə şirkətin yaradılması haqqında müqavilə imzalayıblar

 

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili və “Eagle Hills” şirkətinin təsisçisi Mohamed Ali Alabar investisiya razılaşması və ortaq şirkətin yaradılması haqqında müqavilə imzalayıblar, müqavilə çərçivəsində də “Eagle Hills” Tbilisi və Qonioda ümumi dəyəri 6,6 milyard ABŞ dolları olan developer layihələr həyata keçirəcək.

İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, imzalanma “Tbilisi İpək Yolu Forumu” çərçivəsində baş tutub.

“Razılaşmaya əsasən, Gürcüstan layihələrin tərəfdaşı və şirkətin 33%-lik hissəsinin ortaq sahibi kimi müəyyən olunub. Qeyd etmək lazımdır ki, investisiya həcminə görə Gürcüstanın tarixində rekorddur” – İqtisadiyyat Nazirliyi tərəfindən yayılan məlumatda qeyd olunub.