Mariam Kvrivişvili və Laşa Xutsişvili donor təşkilatlarının nümayəndələrini nəqliyyat logistikası sektorunda cari və planlaşdırılan layihələr ilə tanış ediblər
Mariam Kvrivişvili və Laşa Xutsişvili donor təşkilatlarının nümayəndələrini nəqliyyat logistikası sektorunda cari və planlaşdırılan layihələr ilə tanış ediblər

 

İqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili maliyyə naziri Laşa Xutsişvili ilə birlikdə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays və Asiya İnkişaf Bankının Gürcüstandakı nümayəndəliyinin direktorunun müavini Anders Peterson ilə görüşüb.

Görüşdə qeyd edildiyi kimi, ölkədə nəqliyyat və logistika infrastrukturunun inkişafı və Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılması Gürcüstan hökumətinin prioritetidir. Belə ki, Anaklia dərin dəniz limanı kimi layihələrin tikintisi xüsusi əhəmiyyət kəsb edir.

Görüşdə hökumətin Anaklia limanının, ətraf ərazinin və limana aparan dəmir yolu və yol infrastrukturunun inkişafı ilə bağlı baxışı təqdim edildi. Həmçinin, Gürcüstan Dəmir Yolları tərəfindən vaqon və lokomotiv tərkibin yenilənməsi haqda söhbət aparılıb.

Həmçinin, görüşdə iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Tamar İoseliani, maliyyə nazirinin birinci müavini Qiorqi Kakauridze və müavini Eka Quntsadze, Anaklia dəniz limanının direktoru Zurab Sicinava və Gürcüstan Dəmir Yollarının maliyyə direktoru İrakli Titvinidze iştirak ediblər.

Məlumatı İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi yayır.