Mariam Kvrivişvili – Vaziani hava limanı layihəsi Çanqi Hava Limanının idarəetmə komandasının maraq dairəsinə düşüb, faktiki olaraq tenderdə iştirak etməkdə maraqlı olduqlarını bizə təsdiqlədilər

17:04, 22.07.2026

 

Vaziani Beynəlxalq Hava Limanı layihəsi Çanqi Hava Limanının idarəetmə komandasının maraq dairəsinə düşüb – bu barədə bəyanatı iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili “Singapore Changi Airport”un idarəetmə komandası ilə görüşdən sonra verib.

Nazirin bəyan etdiyi kimi, onlar Gürcüstan hökumətinin tərəfdaş şirkətin seçilməsi üçün elan edəcəyi tenderdə iştirak etməkdə maraqlıdırlar.

“Sinqapurun Çanqi Hava Limanının idarəetmə komandası ilə görüşümüz oldu. Çanqi Hava Limanı xidmət keyfiyyəti və əməliyyat baxımından dünyada ən yaxşı hava limanlarından biri kimi tanınır və xüsusilə şadıq ki, yeni hava limanımız Vaziani Beynəlxalq Hava Limanı layihəsi Çanqi Hava Limanının idarəetmə komandasının maraq dairəsinə düşüb. Onlar görüş zamanı Gürcüstan hökumətinin tərəfdaş şirkəti seçmək üçün elan edəcəyi tenderdə iştirak etməkdə çox böyük maraqlarının olduğunu faktiki olaraq bizə təsdiqlədilər” – Mariam Kvrivişvili bildirib.

Onun bəyanatına əsasən, görüşdə Gürcüstanın investisiyalar baxımından xüsusilə maraqlı ölkə olduğu və Gürcüstan iqtisadiyyatının bir çox sektorunda müşahidə olunan artımın nəzərəçarpacaq dərəcədə olduğu qeyd olunub.

Oxşar