Mariam Kvrivişvili Türkiyənin səfiri Mustafa Türker Ari ilə görüşüb
Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili Türkiyə Respublikasının yeni təyin olunmuş səfiri Mustafa Türker Ari ilə görüşüb.
Görüşdə iki ölkənin ticarət-iqtisadi münasibətlər məsələlərini müzakirə ediblər və Gürcüstan ilə Türkiyənin strateji tərəfdaşlığının dərinləşdirilməsi məsələsinə dair müzakirə aparıblar.
İki ölkə arasında uğurlu iqtisadi münasibətlərin ildən-ilə artdığı və bu dinamikanın statistik göstəricilərdə də müsbət şəkildə əks olunduğu, ölkənin Gürcüstanın ticarət tərəfdaşları arasında birinci yerdə olduğu qeyd olunub. Ölkələr arasında həm investisiya, həm də turizm sahəsində uğurlu əməkdaşlıq vurğulanıb.
Həmçinin, iqtisadiyyat naziri Türkiyənin səfiri ilə Gürcüstan və Türkiyə arasında nəqliyyat və enerji sektorunda əməkdaşlığın genişləndirilməsini müzakirə edib. Bu tərəfdaşlığın regional əlaqələrin, enerji təhlükəsizliyi və geniş iqtisadi inteqrasiyanın gücləndirilməsində həlledici rol oynadığı qeyd olunub.
Mariam Kvrivişvili Mustafa Türker Arini diplomatik missiyasının başlaması münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Türkiyənin səfiri ilə keçirilən görüşdə nazir müavini Tamar İoseliani və nazirliyin Ticarətin İnkişafı və Beynəlxalq İqtisadi Əlaqələr Departamentinin rəhbəri Qivi Zedelaşvili iştirak edirdilər.
Məlumatı İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi yayır.