Mariam Kvrivişvili Sinqapurun Rəqəmsal İnkişaf və İnformasiya, eləcə də Səhiyyə nazirliklərinin baş dövlət naziri ilə görüşüb

14:06, 22.07.2026

Mariam Kvrivişvili Sinqapurun Rəqəmsal İnkişaf və İnformasiya, eləcə də Səhiyyə nazirliklərinin baş dövlət naziri ilə görüşüb.

Gürcüstan Baş nazirinin Sinqapura səfəri çərçivəsində İqtisadiyyat və Davamlı İnkişaf naziri Mariam Kvrivişvili Sinqapurun Rəqəmsal İnkişaf və İnformasiya, eləcə də Səhiyyə nazirliklərinin baş dövlət naziri Tan Kiat Hou ilə görüş keçirib.

Gürcüstan İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı tərəflər ölkələrin iqtisadiyyatında süni intellektin inteqrasiyasının və ondan səmərəli istifadənin əhəmiyyətinə xüsusi diqqət yetiriblər.

“Nazirlər əməkdaşlığın yeni prioritet istiqamətlərini müəyyənləşdirib və tərəfdaşlığın, o cümlədən Gürcüstanın İnnovasiyalar və Texnologiyalar Agentliyi (GITA) istiqamətində daha da dərinləşdirilməsinə hazır olduqlarını bildiriblər”, – deyə İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Görüşdə İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavinləri Gennadi Arveladze və İrakli Nadareişvili də iştirak ediblər.

Oxşar