Mariam Kvrivişvili – Sinqapurda hakimiyyətimizin investisiya istiqamətində yaratdığı imkanlar haqda danışdıq, Anaklia limanı xüsusi marağa səbəb oldu

22:31, 22.07.2026

 

Sinqapura səfərimiz çərçivəsində yerli və aparıcı qlobal fintek şirkətləri ilə görüşmək imkanımız oldu və onlara ölkəmizin investisiya potensialı və imkanlarını təqdim etdik – bu haqda Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili bildirib.

Kvrivişvilinin sözlərinə əsasən, səfər çərçivəsində Sinqapurun investisiya sektorunun nümayəndələri ilə maraqlı görüşlər baş tutub və onlara Gürcüstanın investisiya mühiti və Gürcüstanda cari böyük infrastruktur layihələri haqda məlumat verilib.

“Biz müxtəlif investorlarla, eləcə də həmkarlarımızla hakimiyyətimizin Gürcüstanda investisiya istiqamətində yaratdığı imkanlar haqqında ətraflı söhbət etdik. Anaklia dərin su limanı və Gürcüstan hökumətinin bu yaxınlarda elan etdiyi yenilənmiş modelə xüsusi vurğu edildi və marağa səbəb oldu” – iqtisadiyyat naziri qeyd edib.

İqtisadiyyat və dayanıqlı inkişaf naziri Gürcüstan Baş nazirinin səfəri çərçivəsində Sinqapurdadır.

Oxşar