Mariam Kvrivişvili - Serbiya hökumətinin yaxın vaxtlarda Tbilisidə daimi səfirlik açmaq haqda qərarını təqdir edirik
Mariam Kvrivişvili - Serbiya hökumətinin yaxın vaxtlarda Tbilisidə daimi səfirlik açmaq haqda qərarını təqdir edirik

 

Gürcüstan və Serbiyanı bir-birinə ənənəvi dostluq münasibətləri və mədəni yaxınlıq bağlayır. Bu, insani və mədəni münasibətlərin təməli bizə siyasi dialoqumuzu, iqtisadi əməkdaşlığımızı və xalqlararası əlaqələrimizi daha da gücləndirmək üçün imkan verir – iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili deyib.

Kvrivişvili Gürcüstan və Serbiya arasında siyasi-iqtisadi əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi haqqında Belqradda keçirilən Gürcüstan-Serbiya Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumət Komissiyasının ikinci iclasında çıxışı zamanı danışıb.

“Gürcüstan və Serbiyanın bir-birinin suverenliyinə və ərazi bütövlüyünə göstərdiyi qarşılıqlı dəstəyi və hörməti vurğulamaq istərdim. Bu il biz Gürcüstan və Serbiya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edirik. Bu mühüm tarix bizə ikitərəfli münasibətlərimizin artan dinamikası haqqında danışmaq imkanı verir” – Mariam Kvrivişvili qeyd edib.

Nazir Gürcüstan Prezidentinin son vaxtlardakı səfərini vurğulayıb və onun qiymətləndirməsinə görə, bu səfər əməkdaşlığın sonrakı inkişafı üçün ölkələr arasında ikitərəfli hazırlıq baxımından vacib olub. Bununla yanaşı, Serbiyanın Gürcüstanda tamhüquqlu diplomatik nümayəndəlik açmaq qərarını müsbət qiymətləndirdi.

“Serbiya hökumətinin yaxın vaxtlarda Tbilisidə daimi səfirlik açmaq haqda qərarını təqdir edirik, bu da tərəfdaşlığımızın dərinləşdirilməsi istiqamətində daha bir mühüm addım olacaq” – Mariam Kvrivişvili qeyd edib.