Mariam Kvrivişvili – Qazaxıstanla strateji tərəfdaşlıq sazişinin imzalanması iki ölkə arasında mövcud olan dərin əməkdaşlığın məntiqi davamıdır
Qazaxıstanla strateji tərəfdaşlıq sazişinin imzalanması bizim iki ölkə arasında mövcud olan dərin münasibətlərin və əməkdaşlığın olduqca məntiqi davamıdır – bu haqda Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili deyib.
Gürcüstan və Qazaxıstan arasında strateji tərəfdaşlıq haqqında saziş baş nazir İrakli Kobaxidzenin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinin Qazaxıstan Respublikasına səfəri çərçivəsində imzalanıb.
Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin bəyanatına əsasən, bu, ölkələr arasında ticarət-iqtisadi münasibətləri və əlaqələri, o cümlədən yük axınının həcmini şərtsiz artıracaq çox mühüm sazişdir.
“Bu saziş əsasında Gürcüstandan Qazaxıstana ixracın artacağına əminik, bu da Gürcüstanda istehsal olunan məhsulların ixrac həcminin artmasına töhfə verəcək. Eyni zamanda, sözügedən saziş çərçivəsində düşünürük ki, nəqliyyat və logistika sektorunda, o cümlədən yük axınlarının artırılması istiqamətində nəzərəçarpan nəticələrimiz olacaq” — Mariam Kvrivişvili qeyd edib.
İqtisadiyyat nazirinin qiymətləndirməsinə əsasən, strateji tərəfdaşlıq haqqında saziş Qazaxıstandan gələn turist axınının, eləcə də investisiya qoyuluşlarının artması baxımından çox müsbət, nəzərəçarpan nəticələr verəcək.