Mariam Kvrivişvili - Qanunsuz miqrasiyanın potensial artımı ilə bağlı spekulyativ bəyanatların "Eagle Hills"in genişmiqyaslı investisiyası ilə əlaqəsi yoxdur
Miqrasiyanı investisiya ilə əlaqələndirmək cəhdini və məqsədyönlü yalanları görürük. Hamımız yaxşı bilirik ki, Gürcüstanın miqrasiya qanunu var, üstəlik, ölkəmiz qanunsuz miqrasiya ilə bağlı sərt siyasəti ilə seçilir. Beləliklə, “Eagle Hills”in genişmiqyaslı investisiyası çərçivəsində qanunsuz miqrasiya istiqamətində risk sıfırdır – iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili deyib.
Nazirin qeyd etdiyi kimi, qanunsuz miqrasiyanın potensial artımı ilə bağlı bu cür spekulyativ bəyanatların və fikirlərin “Eagle Hills”in investisiyası ilə əlaqəsi yoxdur.
Birləşmiş Ərəb Əmirliklərinin ən böyük developer şirkətlərindən biri olan “Eagle Hills” ilə Gürcüstan hökuməti arasında imzalanmış razılaşma çərçivəsində Gürcüstanda misilsiz həcmdə — 6,5 milyard dollardan artıq dəyəri olan iki layihə həyata keçiriləcək. Bu, Tbilisi və Batuminin simasını dəyişdirəcək və şəhərlərdə qlobal tanınmaya malik komplekslər yaradacaq Gürcüstan tarixində ən genişmiqyaslı xarici investisiyadır. Tbilisi və Qonioda layihələr Gürcüstanın ümumi daxili məhsulunun artımına, ildə yüz minlərlə ziyarətçinin cəlb olunmasına və minlərlə yeni iş yerinin yaradılmasına kömək edəcək.
Məlumatı İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi yayır.