Mariam Kvrivişvili “Maritime Passport” şirkətinin təsisçisi və direktoru Piter Filips və Martin Uaytla görüşüb
İqtisadiyyat və Davamlı İnkişaf naziri Mariam Kvrivişvili “Maritime Passport” şirkətinin təsisçisi və direktoru Piter Filips və Martin Uaytla görüşüb.
İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin məlumatına görə, görüşün əsas mövzusu Gürcüstanın dəniz sektorunun rəqəmsal transformasiyası, innovativ texnologiyaların tətbiqi və bu istiqamətdə beynəlxalq təcrübənin bölüşdürülməsi olub.
Qeyd edilib ki, Gürcüstan dəniz sektorunun rəqəmsal imkanlarının gücləndirilməsi istiqamətində “Maritime Passport” şirkətinin təcrübəsindən və ekspertizasından yararlanmaqda maraqlıdır.
Görüş zamanı Gürcüstanın strateji yerləşməsi və Orta Dəhlizin artan əhəmiyyəti də diqqət mərkəzində olub.
Martin Uayt görüşdə, eyni zamanda, “Stream Marine Group” şirkətini təmsil edib. Piter Filips isə Böyük Britaniya kral ailəsinin üzvüdür.
Görüş Batumidə keçirilən Gürcüstan Beynəlxalq Dəniz Forumunun çərçivəsində baş tutub.
Görüşdə həmçinin iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Genadi Arveladze, Dəniz Nəqliyyatı Agentliyinin direktoru İvane Abaşidze, Gürcüstanın Böyük Britaniyadakı səfiri və Beynəlxalq Dəniz Təşkilatındakı daimi nümayəndəsi İlia Darçiaşvili iştirak ediblər.