Mariam Kvrivişvili Londonda, Gürcüstan Bankının FTSE 100 indeksinə daxil edilməsi ilə əlaqədar mərasimdə iştirak edib
Mariam Kvrivişvili Londonda, Gürcüstan Bankının FTSE 100 indeksinə daxil edilməsi ilə əlaqədar mərasimdə iştirak edib

 

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili “Lion Finance Group”un üzvü olan şirkət kimi Gürcüstan Bankının FTSE 100 indeksinə daxil edilməsi ilə əlaqədar mərasimdə iştirak edib.

Məlumatı İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi yayır.

Qurumun məlumatına əsasən, bu faktı qeyd etmək üçün London Fond Birjasında ticarət günü zəng çalınması ilə bağlanıb.

Nazirliyin məlumatında Gürcüstan Bankının London Fond Birjasının 100 aparıcı şirkəti arasında yer alan Gürcüstandan ilk şirkət olduğu deyilir.

İqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvilinin qeyd etdiyi kimi, Gürcüstanın maliyyə sektoru geniş regionda sağlamlığı, sabitliyi, dayanıqlığı və yüksək likvidliyi ilə seçilir, bunu da investorların inamı, maliyyə sektorunun əsas göstəriciləri və beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələri təsdiqləyir.

“Gürcüstan bu gün investisiyalara açıqdır və beynəlxalq kapitala sabit və dayanıqlı iqtisadi artım, biznes üçün əlverişli mühit və inkişaf etmiş maliyyə infrastrukturu təklif edir. Beləliklə, Gürcüstan Bankının, eləcə də digər gürcü şirkətlərinin beynəlxalq maliyyə bazarlarındakı uğuru beynəlxalq investorların Gürcüstan iqtisadiyyatına olan yüksək etimadını bir daha təsdiqləyir” – Mariam Kvrivişvili qeyd edib.