Mariam Kvrivişvili - Gürcüstanda yaşayan və işləyən, ölkəmizə sərmayə qoyan hər kəsin ümidlərini boşa çıxarmayacağıq
Mariam Kvrivişvili - Gürcüstanda yaşayan və işləyən, ölkəmizə sərmayə qoyan hər kəsin ümidlərini boşa çıxarmayacağıq

 

Növbəti 5-10 il ərzində nə etmək niyyətində olduğumuzu dəqiq bilirik, Nazirlər Kabinetində funksiyaları bölüşdürmüşük – bu haqda Mariam Kvrivişvili “İpək Yolu Forumu”nda, “Gürcüstan – İnvestisiyaların kəsişmə nöqtəsi” panel sessiyasında çıxışı zamanı deyib.

“Biz Gürcüstanın sabit, dayanıqlı, rəngarəng iqtisadiyyata malik olacağına zəmanət veririk. Biz ədalətə zəmanət veririk – Gürcüstanda yaşayan və işləyən, ölkəmizə sərmayə qoyan hər kəsin ümidlərini boşa çıxarmayacağıq” – Mariam Kvrivişvil bildirib.

İqtisadiyyat naziri hökumətin çox dəqiq strategiyası və fəaliyyət planının olduğunu deyib. Onun bəyanatına əsasən, ölkənin əsl mərkəzə çevrilməsi üçün nəqliyyat və logistika istiqamətlərində mövqeləşdirmə aparılacaq.