Mariam Kvrivişvili – Enerji sistemimiz ölkə üçün əhəmiyyətli, iri layihələrin həyata keçirilməsini sürətləndirmək üçün çox böyük resursa sahib olacaq

19:46, 26.09.2025

 

Energetika sahəsi ilə səmimi dialoqumuz var idi və onlarla birlikdə düzgün, şəffaf və proqnozlaşdırıla bilən yanaşmalarla sektorun sürətli inkişafını təmin etməyə çalışırıq – bu haqda iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili, Biznes Assosiasiyasının təşkil etdiyi konfrans çərçivəsində keçirilən panel müzakirəsində deyib.

Nazir bildirib ki, İqtisadiyyat Nazirliyində 15 000 MVt-a verilmiş memorandumların nə qədər zəruri olduğunu müəyyən etmək üçün ətraflı təhlil aparıldı.

Mariam Kvrivişvilinin bəyanatına əsasən, həmçinin, bir tərəfdən alqı-satqı məqsədi ilə çıxış edən şirkət və şəxslər, digər tərəfdən isə ölkənin enerji müstəqilliyi və təhlükəsizliyi üçün əlavə güc mənbələri yaradacaq ciddi investorlar müəyyən edilib.

“Bizim mesajımız çox aydındır – əlbətdə, qanun çərçivəsində hərəkət edəcəyik, heç bir öhdəliyini yerinə yetirməyən hər kəsə qarşı ədalətli və çox sərt olacağıq – onlara qarşı tolerantlıq bitdi. Görəcəksiniz ki, enerji sistemimiz ölkə üçün əhəmiyyətli, iri layihələrin həyata keçirilməsini sürətləndirmək üçün çox böyük resursa sahib olacaq” – iqtisadiyyat naziri qeyd edib.

Məlumatı Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi yayır.

Oxşar