Mariam Kvrivişvili Dövlət Təhlükəsizliyi Xidmətinin yaradılmasının 11-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak edib

14:56, 01.08.2026

 

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili Dövlət Təhlükəsizliyi Xidmətinin yaradılmasının 11-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak edib.

Tədbirdə xidmətin yaradılmasının xüsusi əhəmiyyəti vurğulanıb və qurumun Gürcüstanda sülhün və təhlükəsizliyin təmin edilməsi işinə böyük töhfə verdiyi qeyd olunub.

Tədbirdə xidməti vəzifələrini yerinə yetirərkən qəhrəmancasına həlak olmuş Dövlət Təhlükəsizliyi Xidməti zabitlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir çərçivəsində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Qeka Qeladze əməkdaşları idarə medalları və döş nişanları ilə təltif edib. Bu il ilk dəfə olaraq Dövlət Təhlükəsizliyi Milli Mükafatı təqdim olunub.

Tədbirdə Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili, baş nazir İrakli Kobaxidze, parlamentin sədri Şalva Papuaşvili, icra və qanunverici hakimiyyətin nümayəndələri iştirak ediblər.

Məlumatı Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi yayır.

Oxşar