Mariam Kvrivişvili Çinin Qida, Yerli Məhsullar və Heyvan Mənşəli Əlavə Məhsulların İdxalı və İxracı üzrə Ticarət-Sənaye Palatasının prezidenti ilə görüşüb

11:37, 05.11.2026

 

Gürcüstanın vitse-baş naziri, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili Çinin Qida, Yerli Məhsullar və Heyvan Mənşəli Əlavə Məhsulların İdxalı və İxracı üzrə Ticarət-Sənaye Palatasının (CFNA) prezidenti Tsao Tejunq ilə görüşüb. Görüş vitse-baş nazirin Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin məlumatında, söhbət zamanı Gürcüstan və Çin Ticarət-Sənaye palataları arasında əməkdaşlığın əhəmiyyətinə diqqət yönəldildiyi, bunun da gürcü istehsalçılar ilə Çin şirkətlərinin bir-biri ilə əlaqələndirilməsinə, informasiya mübadiləsinə və potensial ticarət tərəfdaşlarının tapılmasına kömək edəcəyi deyilir. Tərəflər bu məqsədlə iki ticarət palatası arasında əməkdaşlıq memorandumunun imzalanması barədə razılığa gəliblər, bu da ikitərəfli ticarət əlaqələrinin inkişafını, biznes dairələri arasında birbaşa ünsiyyətin qurulmasını və gürcü məhsullarının ixrac imkanlarının genişlənməsini təmin edəcək.

Görüşdə nazir müavini İrakli Nadareişvili, İnvestisiyalar Agentliyinin sədri Mixeil Xidureli və Gürcüstan Ticarət-Sənaye Palatasının prezidenti Qeorqi Pertaia iştirak edirdilər.

Oxşar