Mariam Kvrivişvili Çinin “Meituan” rəqəmsal platformasının vitse-prezidenti ilə görüşdə platforma vasitəsilə gürcü məhsullarının Çin bazarında satışı imkanlarını müzakirə edib

19:03, 05.11.2026

 

Gürcüstanın vitse-baş naziri, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili Çinin ən böyük rəqəmsal platformalarından biri olan “Meituan”ın vitse-prezidenti Mao Fanq ilə görüşüb. Məlumatı İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi yayır.

Qurumun məlumatına əsasən, görüşdə “Meituan” elektron ticarət platforması vasitəsilə gürcü məhsullarının Çin bazarında satışı imkanlarını müzakirə ediblər, bu da əlavə ticarət kanallarının yaradılmasına və ixracın artmasına kömək edəcək.

“Bu istiqamətdə potensial məhsullar arasında gürcü şərabı, mineral sular, fındıq, şirələr və konservləşdirilmiş məhsullar göstərilib.

Görüşdə qeyd olunub ki, Gürcüstan ilə Çin arasında mövcud olan hərtərəfli strateji tərəfdaşlıq iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və yeni imkanların inkişafı üçün möhkəm zəmin yaradır.

Gürcü məhsullarının ixracının artırılması və ixrac bazarlarının diversifikasiyası baxımından Çin bazarının strateji əhəmiyyətinə xüsusi diqqət yönəldilib” – İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin yaydığı məlumatda deyilir.

Oxşar