Mariam Kvrivişvili – Çinə səfər zamanı Çindən Gürcüstana investisiya qoyuluşuna marağın olduqca artdığını gördük
Çinə səfər çərçivəsində çıxışımız zamanı Anaklia dərin dəniz limanının əhəmiyyəti, eləcə də Gürcüstan dəmir yolunun modernləşdirilməsi barədə ətraflı şəkildə danışdığımız Qlobal Dayanıqlı Nəqliyyat Forumunda iştirak etdik – iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili açıqlayıb.
İqtisadiyyat naziri Gürcüstan nümayəndə heyətinin Çin Xalq Respublikasına səfərinin nəticələrini yekunlaşdırıb. Onun qeyd etdiyi kimi, forum çərçivəsində, ümumiyyətlə, Gürcüstan hökumətinin nəqliyyat və logistika sektorunun gələcək inkişafı ilə bağlı planı və baxışı barədə söhbət baş tutub.
“Səfər çərçivəsində həmkarlarımızla, nəqliyyat naziri, ticarət nazirinin müavini, nəqliyyat, daşımalar, liman əməliyyatları, eləcə də energetika sektorundakı yerli iri korporasiyalar və şirkətlərlə çox səmərəli görüşlərimiz oldu. Səfərin gedişində Çindən Gürcüstana investisiya qoyuluşuna marağın olduqca artdığını gördük, xüsusilə energetika, eləcə də nəqliyyat və logistika sektorunu fərqləndirərdim“ – iqtisadiyyat naziri qeyd edib.
Mariam Kvrivişvili vurğulayıb ki, qeyd olunan səfər Gürcüstan ilə Çin Xalq Respublikası arasında ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi baxımından irəliyə doğru atılmış daha bir addım olacaq.