Mariam Kvrivişvili blokçeyn texnologiyalarına əsaslanan dünyanın ən böyük platforması olan “Tether”in sədri və əsas səhmdarı Cankarlo Devazini ilə görüşüb
Gürcüstanın vitse-baş naziri, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili blokçeyn texnologiyalarına əsaslanan dünyanın ən böyük platforması olan “Tether”in sədri və əsas səhmdarı Cankarlo Devazini və “Tether” nümayəndə heyətinin üzvləri ilə görüşüb.
Nazirliyin məlumatına əsasən, görüşdə tərəflər Gürcüstanda və regionda fintex sektorunun inkişafı, investisiya mühiti, “Tether” tərəfindən Gürcüstanda həyata keçirilmiş, cari və gələcək investisiya layihələrini müzakirə ediblər.
“Gürcüstan hökumətinin ölkədə texnoloji və innovativ ekosistemin inkişafına yönəlmiş mühüm səyi vurğulanıb. Maliyyə sektorunun modernləşdirilməsinə və fintex innovasiyalarının inkişafına xüsusi diqqət yetirilib, bu da Gürcüstanın regional texnoloji və maliyyə mərkəzinə çevrilməsinə kömək edəcək.
Görüşdə parlamentin üzvü Vaxtanq Turnava iştirak edirdi” – İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin məlumatında deyilir.