Mariam Kvrivişvili Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla görüşüb

20:37, 18.11.2026

 

Gürcüstanın vitse-baş naziri, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla görüşüb. Görüş vitse-baş nazirin Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilib.

İki ölkə arasında ticari-iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi və müxtəlif sektorlarda əməkdaşlığın genişləndirilməsi imkanlarına toxunulub.

Gürcüstan və Azərbaycan arasında tranzit və logistika potensialının gücləndirilməsi, eləcə də energetika və nəqliyyat sahələrində mövcud birgə layihələrin əhəmiyyəti vurğulanıb.

Görüşdə tərəflər regional əlaqəliliyin gücləndirilməsi və nəqliyyat, logistika və energetika sahələrində əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə ediblər. Həmçinin investisiya əməkdaşlığının genişləndirilməsinə və iki ölkə arasında ticarət münasibətlərinin inkişaf imkanlarına diqqət yönəldilib.

Qeyd olunub ki, ölkələr arasında bütün səviyyələrdə səfərlərin artan dinamikası və ikitərəfli və ya beynəlxalq formatlarda fəal əməkdaşlıq Gürcüstan və Azərbaycan arasında uğurlu strateji tərəfdaşlığın nümunəsidir.

Görüşdə iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavinləri Qenadi Arveladze və İnqa Pxaladze, həmçinin Gürcüstanın Azərbaycan Respublikasındakı səfiri Qiorqi Zakaraşvili iştirak edirdilər.

Oxşar