Mariam Kvrivişvili - Azərbaycan Prezidenti və hökumət üzvləri ilə ölkələr arasında ticari-iqtisadi əlaqələrin dərinləşdirilməsi imkanlarını müzakirə etdik
Mariam Kvrivişvili - Azərbaycan Prezidenti və hökumət üzvləri ilə ölkələr arasında ticari-iqtisadi əlaqələrin dərinləşdirilməsi imkanlarını müzakirə etdik

 

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili Azərbaycan Respublikasına ilk rəsmi səfərinə yekun vurub.

Kvrivişvilinin qiymətləndirməsinə görə, Azərbaycan Prezidenti İlham Əliyevlə, eləcə də ölkə hakimiyyətinin yüksək vəzifəli şəxsləri ilə görüş çox mühüm olub.

“Azərbaycan Respublikasının Prezidenti ilə çox səmərəli görüş baş tutdu, bu görüş çərçivəsində də ölkəmizdə iqtisadi inkişaf baxımından cari müsbət dinamikadan danışmaq imkanımız oldu. Eyni zamanda, prezidenti əsasən, energetika sektorunda planlaşdırılan iri və mühüm layihələr də daxil olmaqla iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı üzrə hökumət siyasəti ilə tanış etdik” – Mariam Kvrivişvili qeyd edib.

Onun sözlərinə əsasən, İlham Əliyevlə görüşdə ölkələr arasında müxtəlif sahələrdə, o cümlədən ticarət, turizm, logistika, nəqliyyat və s. kimi sahələrdə ticari-iqtisadi əlaqələrin daha da gücləndirilməsinə toxunulub.

Mariam Kvrivişvilinin bəyanatına əsasən, Azərbaycan Prezidenti ilə həmçinin regionda sülh və sabitliyin əhəmiyyəti haqda danışıblar.

Gürcüstanın İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, Bakıya səfəri çərçivəsində Mariam Kvrivişvili Azərbaycanın iqtisadiyyat, energetika və nəqliyyat nazirləri ilə görüşlər keçirib, görüşlərdə tərəflər ölkələr arasında iqtisadi əlaqələrin dərinləşməsinə kömək edəcək bütün mühüm, cari və planlaşdırılan layihələri dərinləməsinə müzakirə ediblər.

“Bizim tərəfimizdən Azərbaycanla dəmir yolu sərnişin daşımalarının bərpasının əhəmiyyətinə xüsusi diqqət yetirildi, bu da ölkələr arasında əlaqələrin gücləndirilməsinə və əlbətdə, Gürcüstanın turizm və iqtisadiyyatının inkişafına kömək edəcək” – Mariam Kvrivişvili bildirib.