Mariam Kvrivişvili Anaklia dərin dəniz limanında dəniz infrastrukturu üzrə başlanğıc işlərlə tanış oldu
Mariam Kvrivişvili Anaklia dərin dəniz limanında dəniz infrastrukturu üzrə başlanğıc işlərlə tanış oldu

Anaklia dərin dəniz limanında dəniz infrastrukturu üzrə başlanğıc işlərlə iqtisadiyyat və dayanıqlı inkişaf naziri tanış olub.
Limanın akvatoriyasında dərinləşdirmə və dalğaqıranın layihələndirilməsi–tikintisini Avropanın “böyük dördlük” adlandırılan iri Belçika şirkəti Jan De Nul N.V. həyata keçirir.
Mariam Kvrivişvili ilə birlikdə Anaklia limanında vitse-premyer, müdafiə naziri İrakli Çikovani də olub.
Mariam Kvrivişvili limanın tikinti ərazisini nəzərdən keçirib. Burada artıq səfərbərlik və tədqiqat işləri başa çatdırılıb, tikinti üçün zəruri qaya materialından daş bloklar səfərbər edilib və akvatoriyada dalğaqıranın tikintisində istifadə olunacaq X-bloklar hazırlanıb.
Anakliada dənizin dibi 17,5 metrədək dərinləşdirilməli və uzunluğu 1 380 metr olan dalğaqıran inşa edilməlidir. Bu isə limanın il ərzində 95% səviyyəsində açıq və əməliyyat qabiliyyətli olmasını təmin edəcək. Layihə əvvəlcədən müəyyən edilmiş plana uyğun həyata keçirilir.
Məlumatı İqtisadiyyat Nazirliyi yayıb.