Mariam Kvrivişvili – 2021–2025-ci illərdə iqtisadiyyatımız orta hesabla 9,3 faiz artıb ki, bu da Gürcüstanı həm Avropa, həm də region ölkələri arasında lider edir

23:44, 13.02.2026

Mariam Kvrivişvili bildirib ki, Beynəlxalq Valyuta Fondunun məlumatına əsasən, orta müddətli – 2026–2030-cu illər dövründə Gürcüstan yenə də lider mövqeyini qoruyacaq və orta hesabla 5,1% iqtisadi artım göstərəcək.

Nazir bu barədə Gürcüstan–Xorvatiya biznes forumunun açılış mərasimində çıxışı zamanı danışıb.

İqtisadiyyat nazirinin qiymətləndirməsinə görə, bu formatda görüşlər ölkələrin iqtisadi artımının təşviqi üçün yaxşı imkan yaradır.

“2025-ci il xüsusilə uğurlu oldu – ölkəmiz üçün xarici ticarət sahəsində rekord göstəricilər qeydə alındı. Belə ki, ixrac 11%-dən çox artdı. Həmçinin turizm sənayesindən rekord həcmdə – 4,7 milyard ABŞ dolları gəlir əldə etdik. Turist axınının sayı da rekord səviyyədə idi.

Apardığımız siyasət, o cümlədən nəqliyyat sektorunda həyata keçirdiyimiz tədbirlər, aviasiya sektorunun güclənməsinə birbaşa təsir göstərdi. Ölkənin hər üç beynəlxalq hava limanında rekord sayda sərnişin qəbul etmək imkanına malik olmağımız bizim üçün qürurvericidir”, – deyə Kvrivişvili vurğulayıb.

Oxşar