Maria Zaxarova - Rusiya nümayəndə heyəti iyunun 2-də İstanbula memorandum layihəsi ilə gedəcək
Rusiya nümayəndə heyəti iyunun 2-də İstanbula memorandum layihəsi ilə gedəcək – bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova deyib.
O bildirib ki, Rusiya Prezidentinin köməkçisi Vladimer Medinskinin rəhbərliyi ilə Rusiya nümayəndə heyəti Ukrayna ilə birbaşa danışıqların ikinci raundu üçün iyunun 2-də İstanbula gedəcək.
“Təsdiq edirik ki, Rusiya Prezidentinin köməkçisi Vladimer Medinskinin rəhbərliyi ilə Rusiya nümayəndə heyəti danışıqların ikinci raundu üçün iyunun 2-də İstanbulda olacaq. O, memorandum layihəsi və atəşkəslə bağlı digər təkliflərlə gedəcək” – Maria Zaxarova bildirib.