Maria Zaxarova – Rusiya ABŞ-nin Cənubi Koreya ilə hərbi təlimlərdə iştirakını azaltmaq haqda qərarını yalnız təqdir edir

22:28, 20.08.2026

 

Rusiya ABŞ-nin Cənubi Koreya ilə hərbi təlimlərdə iştirakını azaltmaq haqda qərarını yalnız təqdir edir – bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Maria Zaxarova deyib.

O, Rusiyanın Asiya-Sakit okean regionunun bir hissəsi olduğunu və dəfələrlə ABŞ-yə bu cür təlimlərin regional təhlükəsizlik üçün sabitliyi pozma təhlükəsi yaratdığı barədə xəbərdarlıq etdiyini bildirib.

“Buna görə də münaqişə potensialını azaltmağa və təhlükəsizlik risklərini minimuma endirməyə yönəlmiş istənilən tədbir yalnız təqdir edilə bilər. Biz həmçinin Asiya-Sakit okean regionunun bir hissəsiyik və dəfələrlə vurğulamışıq ki, ümumi təhlükələrə qarşı mübarizəyə yönəlməyən təcavüzkar hərbi təlimlər regional təhlükəsizliyi gücləndirmir, əksinə, onu sarsıdır” – Zaxarova bildirib.

Məlumat üçün bildirək ki, Cənubi Koreya və ABŞ avqustun 19-da illik hərbi təlimlərin müddətini 11 gündən 5 günə qədər azaldacaqlarını bəyan ediblər. Bu qərar Trampın birgə təlimlərdə ABŞ-nin iştirakının əhəmiyyətli dərəcədə azaldılmasını nəzərdə tutan əmrindən sonra verilib.

Oxşar