Maria Zaxarova - Moskva Bakı və Yerevanın NATO ilə əməkdaşlığın risklərini dərk edəcəklərinə ümid edir
Maria Zaxarova - Moskva Bakı və Yerevanın NATO ilə əməkdaşlığın risklərini dərk edəcəklərinə ümid edir

 

Moskva Bakı və Yerevanın NATO ilə əməkdaşlığın risklərini dərk edəcəklərinə ümid edir – bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova deyib.

Zaxarova bildirib ki, Rusiya tərəfi ümid edir ki, Azərbaycan və Ermənistan NATO-nun Cənubi Qafqaz regionunda fəaliyyəti ilə bağlı Rusiyanın narahatlığını başa düşəcək və belə “aqressiv hərbi blok”la əməkdaşlığın dərinləşdirilməsinin risklərini dərk edəcəklər.

“NATO Cənubi Qafqazın təhlükəsizliyi üçün yaxşı heç nə gətirməyəcək. Əksinə, qərblilərin əsas məqsədi, bizim yaxşı başa düşdüyümüz kimi, regionda sabitliyi pozmaq, bir-birinə qarşı qızışdırmaq və yeni gərginlik nöqtələri yaratmaqdır. Ümid edirik ki, Bakı, eləcə də Yerevan bu məsələ ilə əlaqədar bizim haqlı narahatlığımızı eyni dərəcədə başa düşəcək və aqressiv hərbi bloklarla əməkdaşlığın dərinləşdirilməsi risklərini tam şəkildə qiymətləndirəcəklər” – Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib.