Maria Zaxarova - İranın nüvə obyektlərinə zərbə endirilməsi halında, təkcə həmsərhəd ölkələr deyil, bütün dünya zərər görəcək
İranın nüvə obyektlərinə zərbə endirilməsi halında, təkcə həmsərhəd ölkələr deyil, bütün dünya zərər görəcək – bu haqda Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Maria Zaxarova deyib.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, Moskva İranın nüvə obyektlərinə mümkün zərbələr barədə bəyanatları məsuliyyətsizlik hesab edir.
“Bu, ətraf mühit sahəsində sadəcə olaraq, dəhşətli nəticələrə səbəb ola bilər. İranın nüvə proqramı ətrafında mövcud problemin həllinin məhz diplomatik yoldan keçməsi hər kəsə aydın olmalıdır. Biz Vaşinqton və Tehran arasında vasitəçilik ilə aparılan dialoqa müəyyən ümidlər bəsləyirik” – Maria Zaxarova qeyd edib.