Maria Zaxarova bildirir ki, iyunun 22-dən sonra Ukrayna tərəfi ilə danışıqları davam etdirmək məqsədilə, Rusiya nümayəndə heyəti İstanbula getməyə hazır olacaq
Maria Zaxarova bildirir ki, iyunun 22-dən sonra Ukrayna tərəfi ilə danışıqları davam etdirmək məqsədilə, Rusiya nümayəndə heyəti İstanbula getməyə hazır olacaq

 

İyunun 22-dən sonra Ukrayna tərəfi ilə danışıqları davam etdirmək məqsədilə, Rusiya nümayəndə heyəti İstanbula getməyə hazır olacaq – bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova deyib.

Zaxarovanın izahatına əsasən, danışıqların növbəti raundunun konkret tarixi yaxın vaxtlarda müəyyən ediləcək.

“İyunun 22-dən sonra nümayəndə heyətimiz, ölkəmizin prezidentinin qərarı ilə təsdiqlənmiş Rusiya Federasiyasının nümayəndə heyətini nəzərdə tuturam, danışıqları davam etdirmək məqsədilə, İstanbula getməyə hazır olacaq. Konkret müddətlər yaxın vaxtda müəyyən ediləcək və əlbəttə, nümayəndə heyətinin üzvləri və rəhbərləri tərəfindən açıqlanacaq” – Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.