Maria Zakharova bildirib ki, məhz Volodimir Zelenski-nin İrəvana səfəri Ermənistan vətəndaşlarına Avropa İttifaqının onlar üçün hazırladığı gələcəyi göstərib
Maria Zakharova bildirib ki, məhz Volodimir Zelenski-nin İrəvana səfəri Ermənistan vətəndaşlarına Avropa İttifaqının onlara hazırladığı gələcəyi göstərib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, Ermənistan “neonasist Kiyev rejiminin liderinə” tribuna verib.
“Rusiya ictimaiyyəti dərin narahatlıq və anlaşılmazlıqla gördü ki, dost və qardaş ölkə hesab etdiyimiz Ermənistan İrəvanda terrorçu və Kiyev rejiminin liderinə platforma təqdim etdi və onu kifayət qədər isti qarşıladı. Volodimir Zelenski bu fürsətdən istifadə edərək siyasi çıxışlar edib və Rusiyaya qarşı hücumlarını səsləndirib. Məhz onun İrəvana səfəri Ermənistan vətəndaşlarına Avropa İttifaqının onlara hansı gələcəyi hazırladığını göstərdi. Bu səhv deyil, bu, bir hədiyyədir. Ermənistan xalqına Brüsselin təsirində olan və Avropa İttifaqının ‘gənc demokratiyalarla’ nə etdiyini təcəssüm etdirən modeli göstəririk,” – deyə Maria Zakharova bildirib.
O həmçinin iddia edib ki, Ermənistan rəhbərliyi Moskva ilə öhdəliklərini pozub və Rusiyaya qarşı addım atmamaq barədə verdiyi vədlərə əməl etmir.