Maria Zaxarova - Azərbaycanın "Sputnik Azərbaycan"ın jurnalistlərinə qarşı hərəkətləri onların fəaliyyətinə qarşı ittihamlarla deyil, başqa mülahizələr ilə əlaqədardır
Azərbaycanın “Sputnik Azərbaycan”ın jurnalistlərinə qarşı hərəkətləri onların fəaliyyətinə qarşı ittihamlarla deyil, başqa mülahizələr ilə əlaqədardır – bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Maria Zaxarova deyib.
Maria Zaxarova, Bakının nəşr və ya onun əməkdaşlarının işi ilə bağlı heç vaxt iddiasının olmadığını bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi, mövcud vəziyyətin ikitərəfli münasibətləri gücləndirmədiyini, əksinə pisləşdirdiyini bildirib.
Maria Zaxarova həmçinin hesab edir ki, tərəflər arasında mövcud münaqişəni nəzərə almaqla, “Sadəcə bundan öz mənafeyi üçün istifadə etmək istəyən çox insan var”.