Marqus Tsahkna - Gürcüstanda tələsik qəbul edilmiş dəyişikliklər vətəndaş cəmiyyətinin müstəqil fəaliyyətinə təhlükə yaradır
Estoniyanın xarici işlər naziri Marqus Tsahkna “Qrantlar haqqında” Gürcüstanın qanununa edilən dəyişikliklərə münasibət bildirir. Bu barədə Tsahkna “X” sosial şəbəkəsində yazır.
“Dünən Gürcüstanda tələsik qəbul edilmiş dəyişikliklər donorların vətəndaş cəmiyyətini dəstəkləyən layihələrin maliyyələşdirilməsi üçün hökumətdən razılıq almasını tələb edir.
Bu, vətəndaş cəmiyyətinin müstəqil fəaliyyətinə təhlükə yaradır və Gürcüstanı Avropadan daha da uzaqlaşdırır” – Marqus Tsahkna yazır.