Marqus Tsahkna - Avropayönümlü siyasətçilərin həbsi Gürcüstanı Avropa İttifaqı yolundan daha da uzaqlaşdırır, siyasi təqib dayandırılmalıdır
Avropayönümlü siyasətçilərin həbsi Gürcüstanı Avropa İttifaqı yolundan daha da uzaqlaşdırır, siyasi təqib dayandırılmalıdır – bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna sosial şəbəkədə yazıb.
Tsahknanın qeyd etdiyi kimi, “Gürcü Arzusu” bütün siyasi məhbusları elə indi azad etməlidir.
“Gürcüstan hakimiyyəti yenidən repressiyalara əl atıb və son günlərdə bir çox müxalifət liderini həbs edib. Avropayönümlü siyasətçilərin həbsi Gürcüstanı Avropa İttifaqı yolundan daha da uzaqlaşdırır. Siyasi təqib dayandırılmalıdır. “Gürcü Arzusu” bütün siyasi məhbusları elə indi azad etməlidir” – Tsahkna yazır.