Marqus Tsahkna - Avropa başqa birinin onu qorumasını və ya qaba süd tökməsini gözləyən qoca, kök, tənbəl pişik kimi artıq davranmamalıdır
Avropa başqa birinin onu qorumasını və ya qaba süd tökməsini gözləyən qoca, kök, tənbəl pişik kimi artıq davranmamalıdır – bu haqda Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Avropa İttifaqının Ümumi Məsələlər Şurasının iclası başlamazdan əvvəl jurnalistin sualına cavab olaraq deyib.
Jurnalist ona ABŞ ilə münasibətlər haqda sual verib.
“ABŞ ilə münasibətlər güclü olmalıdır, lakin eyni zamanda, Avropada biz anlamalıyıq ki, indi oyanmağın vaxtıdır. Estoniya, Rusiyanın 2008-ci ildə Gürcüstana qarşı təcavüzündən sonra Avropanın daha çox iş görməli, daha çox məsuliyyət daşımalı, müdafiəyə daha çox sərmayə qoymalı olduğumuza dair artıq on ildən çoxdur çox aydın mövqe tutur. Daha çox iş görməliyik. Əgər Avropa güclü olsa, onda ABŞ ilə də çox aydın və qəti münasibətlərimiz olacaq. Transatlantik ittifaq güclüdür, lakin daha çox iş görməliyik və Avropanın daha aydın mövqeyi olmalıdır. Bu, təkcə müdafiəyə deyil, həm də ticarətə və ümumiyyətlə bərabərhüquqlu münasibətlərə aiddir” – Marqus Tsahkna bildirib.