Mançesterdə sinaqoqun yaxınlığında 4 nəfərə bıçaqla xəsarət yetiriblər
Mançesterdə sinaqoqun yaxınlığında 4 nəfərə bıçaqla xəsarət yetiriblər, təcili xidmətlər və polis hadisə yerindədir. Yayılmış məlumata əsasən, naməlum şəxs sinaqoqun yaxınlığında yoldan keçənləri avtomobillə vurub və daha sonra isə bıçaqla onlara hücum edib.
Medianın məlumatına əsasən, hücumçu ehtimal ki, artıq ölüdür, lakin bu məlumat təsdiqlənməyib.
Polis hadisə yerini mühasirəyə alıb. Hadisəyə görə yaxınlıqdakı küçələrdə nəqliyyatın hərəkəti ləngiyib.
Mançester merinin dediyi kimi, böyük ehtimalla, əhali üçün artıq təhlükə yoxdur. O, hadisəni ciddi insident adlandırıb.