Məhkəmə icraçısına hücum etmək ittihamı ilə saxlanılan Nino Dataşvili barəsində sağlamlıq vəziyyətinə görə həbs qətimkan tədbiri girovla əvəz edilib
Məhkəmə icraçısına hücum etmək ittihamı ilə saxlanılan Nino Dataşvili barəsində sağlamlıq vəziyyətinə görə həbs qətimkan tədbiri girovla əvəz edilib

 

Məhkəmə icraçısına hücum etmək ittihamı ilə saxlanılan Nino Dataşvili barəsində həbs qətimkan tədbiri girovla əvəz edilib.

Proses başlamazdan əvvəl prokurorluq qətimkan tədbirinin dəyişdirilməsini tələb edən bəyanat yayıb. Prokurorluq girov məbləğini 5000 lari, ödəniş müddətini isə 30 gün müəyyən edib. Müdafiə tərəfi də vəsatətlə razılaşıb, onlar “Vivamed” klinikasından müvafiq tibbi rəy də təqdim etmişdilər.

Prokuror bildirib ki, təqsirləndirilən şəxs üzərində aparılan tibbi müayinələr nəticəsində onun cərrahi müdaxiləyə və sonrakı müalicəyə ehtiyacı olduğu təsdiqlənib.

Nino Dataşvili məhkəmə prosesinə distant şəkildə qoşulub və onun sağlamlığına qayğı göstərdiyinə görə həbsxana rəhbərliyinə təşəkkür edib.

“Həbsxana rəhbərliyinə, həkimlərə təşəkkür etmək istəyirəm, onlar sağlamlığımı yaxşılaşdırmaq üçün hər şeyi edirdilər, lakin heç nə alınmadı və indi iki əməliyyata ehtiyacım var” – Dataşvili bildirib.

Məlumat üçün bildirək ki, Nino Dataşvilini Tbilisi Şəhər Məhkəməsində iyunun 9-da baş verən fakta görə iyunun 20-də saxlayıblar. Ona qarşı ittiham Gürcüstan Cinayət Məcəlləsinin 353-cü sekunda maddəsinin 3-cü hissəsi ilə irəli sürülüb, bu isə xidməti vəzifələrini yerinə yetirərkən dövlət qulluqçusuna hücum etməyi nəzərdə tutur. Qeyd olunan cəzanın növü və ölçüsü cəriməni və ya 4 ildən 7 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.